...

Bakıda vəsiqəsiz sürücünün sərxoş tanışını yola çıxarması ölümlə nəticələnib

Hadisə Materials 30 İyul 2013 12:38 (UTC +04:00)
Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.
Bakıda vəsiqəsiz sürücünün sərxoş tanışını yola çıxarması ölümlə nəticələnib

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İ.İzzət/

Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən mləumata görə, iyulun 29-u saat 20:30 radələrində Xəzər rayonu Binə qəsəbəsində Bakı şəhər sakinləri Rövşən Hüseynov sürücülük vəsiqəsi olmadan atasına məxsus "VAZ-2106" markalı avtomobili arxaya verərkən sərxoş vəziyyətdə olan tanışı Məcnun Zeynalovu itələyərək yola çıxarıb.

Bu zaman M.Zeynalov avtomaşının buferindən tutaraq onu saxlamağa cəhd göstərmiş və sürüşərək Fərid Gülverdiyevin idarə etdiyi "Mercedes" markalı avtomaşına dəymişdir. Nəticədə xəsarət almış M.Zeynalov xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti