...

Bakıda iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb

Hadisə Materials 7 Avqust 2013 19:40 (UTC +04:00)
Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Bakıda iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda "Honda" və "Mercedes-Benz" markalı iki minik avtomobili toqquşub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, "Mercedes-Benz" markalı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti