Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İzzət/
Azərbaycan Ordusunun əsgəri bədbəxt hadisə nəticəsində ölüb.
Trend xəbər verir ki, hadisə Azərbaycan-Ermənstan silahlı qüvvələrinin təmas xəttində yerləşən hərbi hissələrinin birində baş verib. Bakı şəhəri Xətai rayonu Hərbi Komissarlığından 2013-cü il aprel ayında hərbi xidmətə çağırılmış, 1993-cü il təvəllüdlü əsgər Tural Qaziyev hərbi hissənin ərazisində təsərrüfat işləri həyata keçirilən zaman bədbəxt hadisə nəticəsində həyatını dəyişib.
Faktı Trend-ə Müdafiə Nazirlyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu da təsdiqləyib.
Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, əsgər Tural Qaziyevi ehtiyatsızlığı üzündən elektrik cərəyanı vurub və o, hadisə yerindəcə ölüb.