Astaralı baba və nəvə Bakıda dənizdə boğulublar

Hadisə Materials 26 Avqust 2013 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İzzət/

Astara rayon sakini və onun nəvəsi Mərdəkan çimərliyində dənizdə çimərkən boğulub.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, avqustun 24-də Xəzər rayonu Mərdəkan çimərliyində Astara rayon sakinləri Təvəkkül Əhədov və onun nəvəsi Sevinc İsmayılova dənizdə çimərkən boğulublar.

Onların meyitləri sudan çıxarılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti