...

Bakının mərkəzində iki yanğın hadisəsi baş verib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 9 Sentyabr 2013 12:02 (UTC +04:00)

Daha bir yanğın hadisəsi ilə bağlı xəbər əlavə olunub (İlk xəbər 11:36-da yayılıb)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakının 28 May küçəsində, keçmiş "Bakı" mehmanxanasının yanındakı yeni tikilmiş binada yanğın baş verib.

Trend xəbər verir ki, hadisə yerinə 2 yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş Dövlət Yanğın Təhlükəsizlik İdarəsindən Trend-ə verilən məlumata görə, yanğın binadakı obyektlərin birində baş verib. Yanğın artıq söndürülüb və hadisə zamanı xəsarət alan olmayıb.

FHN-dən Trend-ə verilən məlumata görə, daha bir yanğın hadisəsi şəhərin Süleyman Rəhimov küçəsi 195 ünvanında baş verib.

Həmin ünvanda yaşayış evi yerləşir. Yanğınsöndürən briqadalar yanğını söndürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti