...

ARDNŞ-nin əməkdaşı iş vaxtı dünyasını dəyişib

Hadisə Materials 13 Sentyabr 2013 16:56 (UTC +04:00)
“Neftqaztikinti” Trestinin quraşdırıcısı dünyasını dəyişib.
ARDNŞ-nin əməkdaşı iş vaxtı dünyasını dəyişib

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

"Neftqaztikinti" Trestinin quraşdırıcısı dünyasını dəyişib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu gün saat 11:30 radələrində Dövlət Neft Şirkətinin "Neftqaztikinti" Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin 1 saylı sahəsinin 5-ci dərəcəli quraşdırıcısı 1976-cı il təvəllüdlü Həsənov Rüstəm Rafiq oğlu hazırda inşa olunan Karbamid zavodunun ərazisinin təmizlənməsi işləri çərçivəsində köhnə çənlərin üzərində demontaj işləri aparan zaman yüksəklikdən yıxılaraq dünyasını dəyişib.

Hadisənin səbəblərini araşdırmaq üçün yaradılmış komissiya araşdırma işlərinə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti