Azərbaycan, Bakı, 4 oktyabr /Trend/
Sumqayıt sakini olan qadın külli miqdarda oğurluq faktına görə tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəhrəbani Qarayevanın evindən 29.000 dollar, 800 manat pul və qızıl əşyalarını oğurlamış şəhər sakini Günay Ağayeva tutulub.