Azərbaycan, Bakı, 20 oktyabr /Trend/
Türkiyənin Manisa vilayətinin Soma rayonunun Darkale kəndindəki kömür mədənində yanğın baş verib.
Trend "Zaman" qəzetinə istinadən məlumat verir ki, hadisə nəticəsində 27 nəfər tüstüdən zəhərlənmə ilə xəstəxanalara yerləşdirilib. İşçilərdən bir nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Zəhərlənən işçilərdən əksəriyyətinin vəziyyətinin yaxşı, ikisinin isə ağır olduğu bildirilir.
İlkin ehtimala görə, yanğına səbəb elektrik xətlərindəki qısa qapanma olub.