Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir R.Hafizoglu/
Vyanadan İstanbula qayıdan "Türk Hava Yolları"na ( THY) məxsus Airbus A321 təyyarəsinin pilot kabinəsinin şüşəsinin çatlaması nəticəsində təyyarə təcili eniş etmək məcburiyyətində qalıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "CNN Türk" telekanalı məlumat verib.
Məlumata əsasən, təcili eniş edən təyyarədə yaranan problemin aradan qaldırılması üçün təyyarə anqara aparılıb.