Azərbaycan, Bakı, 25 oktyabr /Trend/
Dağıstanın Xasavyurt şəhərində iki silahlı məhv edilib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, silahlıların maşınında partlayıcının olduğu iki 50 litrlik çəllək aşkar edilib.
Maşında tapılan bombaların gücü trotil ekvivalentində 100 kiloqram olub. Bombalar partlayışa hazır vəziyyətdə olub.
Mütəxəssislərin fikrincə, maşın iri terror aktının törədilməsi üçün təchzi edilib və hazırlanıb.
Bundan başqa, yaraqlılardan xeyli sayda silah-sursat ələ keçirilib. Aşkar edilən partlayıcı maddələr yerindəcə məhv edilib.