...

Şəmkirdə qoç sahibini öldürüb

Hadisə Materials 26 Oktyabr 2013 12:26 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkirdə qoç adam öldürüb. Rayonun Səməd Vurğun qəsəbəsində yaşayan 73 yaşlı Manya Həsənovanı şəxsi təsərrüfatındakı qoç zərbə ilə vurub.
Şəmkirdə qoç sahibini öldürüb

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Şəmkirdə qeyri-adi ölüm hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkirdə qoç adam öldürüb. Rayonun Səməd Vurğun qəsəbəsində yaşayan 73 yaşlı Manya Həsənovanı şəxsi təsərrüfatındakı qoç zərbə ilə vurub.

Xəsarət alan qadın Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər qarın boşluğu və daxili orqanların qapalı travması diaqnozu qoyulan xəstəyə dərhal cərrahi müdaxilə etsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Xəstə əməliyyatdan sonra keçinib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti