...

Somali paytaxtında partlayış qurbanlarının sayı 6 nəfərə çatıb

Hadisə Materials 8 Noyabr 2013 23:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Somalinin paytaxtı Moqadişonun mərkəzi küçələrindən birində cümə günü axşam baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb. Trend məlumatına görə, bu barədə RİA Novosti "Reuters" agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, xəsarət alanlardan dördü polis əməkdaşıdır. Somali hökuməti partlayışın minalanmış avtomobili idarə edən intiharçı-terrorçu tərəfindən törədildiyini açıqlayıb.

Moqadişo polisinin nümayəndəsi Fərəh Aden bildirib ki, qurbanların sayı arta bilər, ciddi xəsarət alanlar var.

Partlayışa görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.

Qeyd edək ki, bundan əvvəl Moqadişoda partlayışlara görə məsuliyyəti "əl-Qaidə" terror təşkilatı ilə sıx əlaqəsi olan Somalidə ən fəal "əş-Şəbab" radikal qruplaşması öz üzərinə götürmüşdü. "Əş-Şəbab" yaraqlıları Somalidə, eləcə də qonşu ölkələrdə hökumət adamlarına və dinc əhaliyə qarşı mütəmadi terror aktları törədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti