...

Gün ərzində Türkiyənin iki təyyarəsi məcburi eniş edib

Hadisə Materials 28 Noyabr 2013 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Bu gün Türkiyənin daha bir təyyarəsi məcburi eniş edib. Bu dəfə səbəb təyyarənin göyərtəsində bomba olması ilə bağlı yalan məlumat olub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "CNN Turk" telekanalı xəbər verib.

Telekanalın məlumatına görə, İstanbuldakı Atatürk Hava Limanının dispetçerləri İstanbul-Van marşrutu ilə uçan "Atlasjet" şirkətinin təyyarəsinin göyərtəsində partlayıcı qurğu olmasına dair məlumat alıblar. Nəticədə uçuşdan bir neçə dəqiqə sonra təyyarə məcburi eniş edib.

Telekanal onu da bildirib ki, yerə endikdən sonra təyyarədə texniki nasazlıqların olduğu da müəyyən edilib.

Bu gün bir qədər əvvəl "Türkiyə Hava Yolları"nın İstanbul-Milan marşrutu ilə uçan təyyarəsi isə ildırım vurması səbəbindən məcburi eniş edib.

Hava gəmisi havaya qalxdıqdan sonra pilot dispetçerlərə təyyarəni ildırım vurması barədə məlumat verib və təyyarə İstanbuldakı Atatürk aeroportunda məcburi eniş edib. İldırım vurması nəticəsində təyyarəyə ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti