...

Rusiyanın Suriyadakı səfirliyi atəşə tutulub, ölən və yaralananlar var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 28 Noyabr 2013 19:38 (UTC +04:00)
Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə diplomatik nümayəndəliyin əməkdaşı bildirib.
Rusiyanın Suriyadakı səfirliyi atəşə tutulub, ölən və yaralananlar var (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə diplomatik nümayəndəliyin əməkdaşı bildirib.

Səfirliyin nümayəndəsi deyib ki, diplomatik missiyanın yerləşdiyi rayon bu gün minaatanlardan intensiv atəşə məruz qalıb:

"Minalardan biri səfirliyin ərazisində partlayıb. Xəsarət alan yoxdur. Partlayış baş verən yerə maddi ziyan dəyib. Daha bir mina isə səfirlik ərazisindən kənarda partlayıb".

Lakin ilkin məlumata görə, hadisə nəticəsində bir suriyalı ölüb, 9 nəfər, o cümlədən səfirliyin suriyalı mühafizəçiləri xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti