Azərbaycan, Bakı, 7 dekabr /Trend/
Zaqatala rayon sakini Q.Qurqunayevin evinə 3 maskalı şəxs tərəfindən silahlı basqın edilməsi ilə bağlı cinayət işi başlanıb.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 6-da saat 03:00 radələrində Zaqatala rayonunun Danaçı kənd sakini Qurban Qurqunayevin evinə girmiş 3 maskalı şəxs onu və ailə üzvlərini döyüb, bıçaq və tapança ilə hədələyərək evdən 700.000 rubl (21 200 dollar), 3000 dollar və 50 000 manat pul aparıb.
Faktla əlaqədar cinayət işi başlanıb. Zaqatala RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.