Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir R.Hafizoğlu/
"Türk Hava Yolları"na (THY) məxsus İstanbul-İsfahan (İran) reysi ilə uçan təyyarə ildırım vurması səbəbi ilə məcburi eniş edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.
Məlumata əsəsən, Atatürk Hava Limanından qalxdıqdan bir müddət sonra təyyarəni ildırım vurub və nəticədə hava gəmisi Ankaradakı Esenboğa Hava Limanında məcburi eniş edib.
Qəzetin məlumatına əsasən, bu gün Türkiyədə 22 daxili uçuş qeyri-əlverişli hava şəraiti ilə əlaqədar ləğv edilib.
Sinoptiklər Türkiyədə qeyri-sabit hava şəraitinin həftə sonuna qədər davam edəcəyini bildirirlər.