...

Bərdədə iki maşın toqquşub, 1 nəfər yaralanıb

Hadisə Materials 17 Yanvar 2014 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Bərdədə iki minik avtomobili toqquşub, bir nəfər yaralanıb.

Trend EL TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Şahidlərin bildirdiyinə görə, yüksək sürətlə hərəkət edən "Daewoo" "Opel"in yoluna çıxıb.

Qəza nəticəsində yaralanan "Opel"-in sürücüsü Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti