...

Sumqayıt polisi qadağan olunmuş təriqəti təbliğ edən altı şəhər sakinini saxlayıb

Hadisə Materials 17 Yanvar 2014 13:16 (UTC +04:00)
R.Bədəlovun şəhərin 8-ci mikrorayon ərazisindəki yaşadığı mənzilə baxış zamanı “AK-74” markalı avtomat, 1 ədəd avtomat darağı, 2 “F-1” qumbarası və 22 ədəd patron aşkar edilərək götürülüb.
Sumqayıt polisi qadağan olunmuş təriqəti təbliğ edən altı şəhər sakinini saxlayıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Sumqayıt polisi qanunla qadağan olunmuş təriqətlərdən birini təbliğ etdiyinə görə altı şəhər sakinini saxlayıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 15-də 5-ci mikrorayonun ərazisində yerləşən "Çempion" çay evində qanunla qadağan olunmuş təriqətlərdən birini təbliğ etdiklərinə görə şəhər sakinləri İlkin Bəşirov, Ələkbər Zeynalov, Samir Məmmədkərimov, Hamlet Talıbov, Əlinur Atayev, Rasim Bədəlov saxlanılıb.

R.Bədəlovun şəhərin 8-ci mikrorayon ərazisindəki yaşadığı mənzilə baxış zamanı "AK-74" markalı avtomat, 1 ədəd avtomat darağı, 2 "F-1" qumbarası və 22 ədəd patron aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti