...

Lerikdə uşaq bağçası yanıb

Hadisə Materials 23 Yanvar 2014 22:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Lerikdə uşaq bağçasında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Lerik rayonu, Vistən kəndində (rayon mərkəzindən 20 km aralı) Rayon İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 375 kv.m olan 7 otaqdan ibarət uşaq bağçasının yanar konstruksiyaları 320 kv.m sahədə yanıb.

Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti