...

Bakıda 4 otaqlı ev yanıb

Hadisə Materials 24 Yanvar 2014 07:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Bakıda ev yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 180 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 06:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti