...

Bakıda narkotik vasitə ilə tutulmuş şəxsin evindən tapança tapılıb

Hadisə Materials 30 Yanvar 2014 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İzzət/

Narkotik vasitə ilə tutulmuş şəxsin evindən nömrəsi silinmiş tapança və 1 patron darağı aşkar edilərək götürülüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat nəticəsində Kamal Məmmədov narkotik vasitə ilə tutulub. K.Məmmədovun Yeni Suraxanı qəsəbəsindəki evinə baxış zamanı isə nömrəsi silinmiş "PSM" markalı tapança və 1 patron darağı aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti