...

Şəki sakinindən silah-sursat götürülüb

Hadisə Materials 12 Fevral 2014 14:04 (UTC +04:00)
Qax rayonuna gələn Şəki sakininin yük avtomobilindən odlu silah tapılıb.
Şəki sakinindən silah-sursat götürülüb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Qax rayonuna gələn Şəki sakininin yük avtomobilindən odlu silah tapılıb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, Qax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı rayonun Ağçay kəndi ərazisində hərəkətdə olan "Qazel" markalı yük maşınına baxış keçirilib.

Şəki rayon Cuma kənd sakini 34 yaşlı İnşallah İbrahimova məxsus avtomobilin oturacağının altına gizlədilmiş Toz-8 markalı 5,6 çaplı yivli odlu silah, eləcə də onun üzərinə baxış keçirilərkən 37 ədəd 5,6 çaplı patron aşkar edilərək götürülüb.

Qax RPŞ-yə aparılan İnşallah İbrahimov Qaxa ov məqsədilə gəldiyini bildirib. Ondan müvafiq iltizam alındıqdan sonra yaşadığı ərazini tərk etməmək şərti ilə sərbəst buraxılıb. Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti