...

Bakıda Lənkəran sakinindən külli miqdarda heroin və həşiş götürülüb

Hadisə Materials 11 Mart 2014 13:46 (UTC +04:00)
Bakıda Lənkəran sakinindən külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülüb.
Bakıda Lənkəran sakinindən külli miqdarda heroin və həşiş götürülüb

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İzzət/

Bakıda Lənkəran sakinindən külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi və Aksiz Baş Gömrük İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsi yaxınlığında, Azərbaycan Respublikasının vətəndaşı Lənkəran rayonu, Şilavar kənd sakini Qədirov Bəhruz Hidayət oğluna məxsus ağ rəngli polietilenə qablaşdırılmış 6 ədəd bağlamada - 476,256 qram heroin və 758,62 qram həşiş qətranı aşkar olunaraq götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti