Azərbaycan, Bakı, 12 mart /Trend/
Ötən gecə Gəncədə döyülmə faktı qeydə alınıb. Hadisə Gəncə şəhər, Muxtar Hacıyev küçəsi, mənzil 15-də qeydə alınıb.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Məmmədovlar ailəsinin yaşadığı mənzilə 3 sərxoş şəxs daxil olub və ev sahibini əllərindəki dəmir alətlə döyüblər. Aldığı xəsarətlərlə 59 yaşlı Qabil Məmmədov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Yaralı tanımadığı insanlar tərəfindən döyüldüyünü deyir.
Həkimlərin sözlərinə görə, aldığı zərbə xəstənin həyatı üçün təhlükəli deyil. Yaralıya ilkin yardım göstərilib.
Qeyd edək ki, basqın zamanı ailənin bütün üzvləri evdə olub. Hazırda faktla bağlı araşdırma aparılır.