...

Qaxda qadın piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 16 Mart 2014 00:52 (UTC +04:00)
Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 102-ci kilometrliyində Qax rayonunun Tasmalı kəndi ərazisində şənbə günü yol qəza hadisəsi qeydə alınıb.
Qaxda qadın piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Azərbaycan, Bakı, 16 mart /Trend/

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 102-ci kilometrliyində Qax rayonunun Tasmalı kəndi ərazisində şənbə günü yol qəza hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə zamanı 1965-ci il təvəllüdlü Laçın rayonunun Ərikli kəndindən məcburi köçkün olan və Qax rayonu Şıxlar kəndində yaşayan Abdullayev Nazim Azay oğlu idarə etdiyi 10-ZR-558 dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobillə Zaqatala istiqamətində hərəkətdə olarkən, hələlik şəxsiyyəti bəlli olmayan 40-45 yaşlarında bir piyada qadını vurub.

Zərbənin gücündən xəsarət alan şəxs elə hadisə yerindəcə dünyasını dəyişib.

Hadisəni törədən şəxs daha sonra öz avtomobili ilə dünyasını dəyişmiş şəxsi Zaqatala Rayon mərkəzi xəstəxanasına aparıb.

Sürücünün sözlərinə əsasən vurulan şəxs avtomobil yolu ilə hərəkət edib və qarşıdan gələn avtomobilin işıqları onun gözlərinin qamaşdırdığından o qadını görməyib. Həmçinin sürücünün sözlərinə əsasən o orta sürətlə hərəkət edib.

Qəzanın dəqiq olaraq hansı səbəblərdən baş verdiyi hələlik bəlli deyil. Faktla əlaqədar Baş Dövlət yol polisi idarəsinin təhqiqat bölməsi tərəfindən araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti