Azərbaycan, Bakı, 25 mart /Trend/
İmişlidə ev yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 5 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksyiyaları 90 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 13:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.