...

Bakıda "eManat" ödəniş terminalı oğurlanıb

Hadisə Materials 29 Mart 2014 11:21 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Xəzər rayonu ərazisində mağaza və şirkətlərdən oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Çingiz Həsənov və Məhərrəmağa Ağayev tutulub.
Bakıda "eManat" ödəniş terminalı oğurlanıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İsabalayeva/

Bakıda "eManat" ödəniş terminalı oğurlanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Xəzər rayonu ərazisində mağaza və şirkətlərdən oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Çingiz Həsənov və Məhərrəmağa Ağayev tutulub.

Müəyyən edilib ki, onlar Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən "Vois" MMC-yə məxsus "PayPoint" aparatını sındıraraq oğurluğa cəhd ediblər. Binə qəsəbəsi Donuzçuluq sovxozunda Sərdar Ağayevə məxsus mağazadan qapını sındırmaq yolu ilə tütün məmulatları, Binə qəsəbə sakini Vəliyəddin Həsənova məxsus mağazanın kassasından 100 manat, mağazada olan "PayPoint" aparatını sındıraraq içərisində pul olan qutunu, Buzovna qəsəbəsində Nicat Ağayevə məxsus mağazadan "Mooleniz" MMC-yə məxsus "eManat" ödəniş terminalını, Binə qəsəbə sakini Azad Əhmədzadəyə məxsus marketdən isə "Mooleniz" MMC-yə məxsus "PayPoint" aparatını sındıraraq 2 min manat oğurlayıblar.

Oğurluqda şübhəli bilinən digər şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti