...

Şəmkirdə qadını balta ilə yaralamış kişi polisə təslim olub

Hadisə Materials 16 Aprel 2014 12:43 (UTC +04:00)
Qeyri-rəsmi nikah münasibətində olduğu qadına balta ilə xəsarət yetirmiş Şəmkir sakini polisə könüllü təslim olub.
Şəmkirdə qadını balta ilə yaralamış kişi polisə təslim olub

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İzzət/

Qeyri-rəsmi nikah münasibətində olduğu qadına balta ilə xəsarət yetirmiş Şəmkir sakini polisə könüllü təslim olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 15-də Şəmkir şəhəri S.Qazıyeva küçəsindəki mağazada şəhər sakini Müşfiq Əmirov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətində olduğu Sevinc Həsənovaya balta ilə xəsarət yetirib.

M.Əmirov könüllü olaraq Şəmkir Rayon Polis Şöbəsinə gələrək təslim olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, M.Əmirov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti