...

Göygöldə tikilməkdə olan qaçqın şəhərciyində bədbəxt hadisə baş verib, ölən və yaralanan var (FOTO)

Hadisə Materials 16 Aprel 2014 22:35 (UTC +04:00)
Göygöldə tikilməkdə olan qaçqın şəhərciyində bədbəxt hadisə baş verib, ölən və yaralanan var.
Göygöldə tikilməkdə olan qaçqın şəhərciyində bədbəxt hadisə baş verib, ölən və yaralanan var (FOTO)

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Göygöldə tikilməkdə olan qaçqın şəhərciyində bədbəxt hadisə baş verib, ölən və yaralanan var.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün axşam 21:00 radələrində Göygöl rayonunun Murovdağ qəsəbəsində məcburi köçkünlər üçün tikilməkdə olan qaçqın şəhərciyində bədbəxt hadisə baş verib.

Inşaat işlərində çalışan fəhlələrin üzərinə daş düşüb. Bunlar Ağcəbədi rayon sakinləri 51 yaşlı Əliqəmə Məmmədov və 45 yaşlı Ayaz Nuriyevdir.

Göstərilən tibbi yardımlara baxmayaraq Ayaz Nuriyevin həyatını xilas etmək mümkün olmayıb. O xəstəxanada dünyasını dəyişib. Digər xəsarət alanın müalicəsi isə davam etdirilir. Həkimlər yaralının həyatı təhlükəsi olmadığını bildirirlər.

Hazırda Göygöl rayon prokurorluğunda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti