...

Yırtıcı heyvanların cəbhəyanı rayonlara basqını artıb

Hadisə Materials 29 Aprel 2014 17:52 (UTC +04:00)
Son vaxtlar cəbhəyanı rayonlarda yaşayış məntəqələrinə yırtıcı heyvanların basqını çoxalıb.
Yırtıcı heyvanların cəbhəyanı rayonlara basqını artıb

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Son vaxtlar cəbhəyanı rayonlarda yaşayış məntəqələrinə yırtıcı heyvanların basqını çoxalıb.

Trend Kanal S-ə istinadən məlumat verir ki, tülkü, çaqqal, bəzən isə canavarların hücumuna məruz qalan yaşayış məntəqələrində sakinlərə məxsus ev heyvanları və ev quşlarına zərər dəyir.

Ağdamın Çıraqlı kəndində isə vəziyyət bu baxımdan çox acınacaqlıdır. Vəhşi heyvanların daha çox məruz qaldığı yaşayış məntəqələri təmas xəttinə yaxın kəndlərdir. Kənd sakinlərinin sözlərinə görə, yırtıcılar artıq evlərə soxulmaqdan belə çəkinmirlər. Sakinlər bildirir ki, həyət-baca nəzarətsiz qalsa, yırtıcılar hər şeyi talan edərlər.

İşğal altındakı ərazilərdə sürətlə çoxalan vəhşi heyvanlar durmadan yem dalınca yaşayış məntəqələrinə soxulduğundan buradakı ev heyvanları arasında yoluxucu xəstəliklərin artması ehtimalı da çoxalır.

Vəhşi heyvanların Aran ərazilərinə də axını müşahidə olunur. Bir gecə ərzində 200-300 km məsafə qət etmək qabiliyyətinə malik bu yırtıcılara qarşı mübarizə başlamasa, vəhşi heyvan sürülərinin qısa zamanda ölkənin müxtəlif istiqamətlərinə yayılacağı şübhəsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti