Azərbaycan, Bakı, 1 may /Trend, müxbir R.Hafizoğlu/
1 May yürüşü iştirakçılarını Ankaraya aparan avtobus Türkiyənin Kırşehir vilayətində aşıb. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.
Hadisə zamanı 38 nəfər xəsarət alıb, onlardan səkkizinin vəziyyəti ağırdır.
Bu gün Türkiyədə 1 May yürüşləri keçirilir. İstanbulda müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri 1 May yürüşünün keçirilməsi üçün Taksim meydanına toplaşırlar.
Hazırda İstanbulda polisi Taksim meydanına bütün girişləri bağlayıb.