Azərbaycan, Bakı, 5 may /Trend, müxbir R.Hafizoğlu/
İstanbulda 1 May yürüşləri zamanı polis tərəfindən saxlanılanlardan 173 nəfər azad olunub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Sabah" qəzeti xəbər yayıb.
Ümumilikdə Türkiyədə 1 May yürüşləri zamanı 211 nəfər saxlanılıb.
Ölkədə polislərlə yürüş iştirakçıları arasında baş verən toqquşmalarda 90 nəfər, o cümlədən 13 polis əməkdaşı xəsarət alıb.