...

Bakıda jurnalisti döyən şəxs saxlanılıb

Hadisə Materials 7 May 2014 11:34 (UTC +04:00)
Hazırda Nizami RPİ-də hadisə ilə bağlı CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə qaldırılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Bakıda jurnalisti döyən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İzzət/

Bakıda jurnalist Fərahim İlqaroğluna qarşı xuliqanlıq edən şəxs saxlanılıb.

Bakı Şəhər BPİ-dən Trend-ə verilən məlumata görə, Nizami RPİ və 24-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, aprelin 25-də jurnalist Fərahim İlqaroğluna qarşı xuliqanlıq etməkdə şübhəli bilinən, 1990-cı ildə Siyəzən rayonunda anadan olmuş Termişi Feyruz Heydərəli oğlu mayın 6-da Bakı şəhərində yaxalanıb.

Hazırda Nizami RPİ-də hadisə ilə bağlı CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə qaldırılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti