...

Bakıda 20 yaşlı sürücü qəza törədib, ölən var

Hadisə Materials 23 May 2014 10:39 (UTC +04:00)
Nəticədə T.Məmmədov və sərnişini, 1992-ci il təvəllüdlü Şamil Xanmirzəyev xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Ş.Xanmirzəyev orada ölüb.
Bakıda 20 yaşlı sürücü qəza törədib, ölən var

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/

Bakıda ağır yol qəzası olub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 22-si saat 01:30 radələrində Nizami rayonu Q.Qarayev prospektində 1994-cü il təvəllüdlü Tamerlan Məmmədov idarə etdiyi "Niva" markalı avtomobili yol kənarında dayanmış "Opel" və "Mercedes" markalı avtomobillərə vurub.

Nəticədə T.Məmmədov və sərnişini, 1992-ci il təvəllüdlü Şamil Xanmirzəyev xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Ş.Xanmirzəyev orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti