...

ARDNŞ-nin çilingəri iş başında aldığı xəsarətdən ölüb

Hadisə Materials 30 May 2014 13:48 (UTC +04:00)
ARDNŞ-nin çilingəri Xızı rayonunda iş başında aldığı xəsarətdən ölüb.
ARDNŞ-nin çilingəri iş başında aldığı xəsarətdən ölüb

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/

ARDNŞ-nin çilingəri Xızı rayonunda iş başında aldığı xəsarətdən ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 29-da Xızı rayonu Tıxlı kəndinin ərazisində ARDNŞ-nin Siyəzən Magistral Qaz Kəmərlərinin İstismarı İdarəsində çilingər işləyən Elnur Ağayev qaztənzimləyici qurğunu təmir edərkən təzyiqdən qapaq (klapan) qoparaq başına dəyib. Nəticədə çilingər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti