...

"İraq və Şam İslam Dövləti"nin yaraqlıları türkiyəli sürücüləri azad ediblər

Hadisə Materials 12 İyun 2014 16:03 (UTC +04:00)
"İraq və Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının yaraqlıları dünən Mosulda girov götürdükləri türkiyəli sürücüləri azad ediblər. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyyət" qəzeti xəbər yayıb.
"İraq və Şam İslam Dövləti"nin yaraqlıları türkiyəli sürücüləri azad ediblər

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir R.Hafizoğlu/

"İraq və Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının yaraqlıları dünən Mosulda girov götürdükləri türkiyəli sürücüləri azad ediblər. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyyət" qəzeti xəbər yayıb.

Qəzetin məlumatına görə, yaraqlılar 31 sürücünü azad etdikdən sonra İraqda olan sürücülərin digər bir qrupunu girov götürüblər.

Qeyd edək ki, Dünən Mosuldakı Türkiyə konsulluğunun əməkdaşları hazırda yaraqlıların nəzarəti altında olan şəhəri tərk edə bilməyiblər. Bundan sonra Türkiyə hökuməti bəyan edib ki, konsulluğa hücum edilib və diplomatik missiyanın 48 əməkdaşı yaraqlılar tərəfindən girov götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti