...

Azərbaycanın müxtəlif bölgələrində yol qəzaları olub

Hadisə Materials 14 İyun 2014 12:50 (UTC +04:00)
Bütün faktlarla bağlı araşdırma aparılır.
Azərbaycanın müxtəlif bölgələrində yol qəzaları olub

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycanın müxtəlif bölgələrində yol qəzaları olub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 13-də saat 17 radələrində Sabirabad şəhərinin ərazisində şəhər sakinləri Məhərrəm Abbasovun və Vüsal İsmayılovun idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub. Xəsarət almış M.Abbasov və sərnişini, şəhər sakini Gülər Teyfi-İbadova, habelə V.İsmayılov və sərnişini Adil Cəfərov xəstəxanaya yerləşdirilib, G.Teyfi-İbadova orada ölüb.

İyunun 13-də saat 06 radələrində Xətai rayonu Y.Səfərov küçəsində Bakı şəhər sakini Hikmət Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobili yol ayırıcısına vurub. H.Məmmədov və sərnişinləri, Bakı şəhər sakinləri Toğrul Əliyev və Eltun Mürsəlzadə xəstəxanaya yerləşdiriliblər.

İyunun 13-də saat 18 radələrində Lerik şəhərinin ərazisində şəhər sakini Rəbbil Heydərovun idarə etdiyi "VAZ-2107" markalı və Hamarmeşə kənd sakini Fərman Həşimovun idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşub. Xəsarət almış F.Həşimov və sərnişini, arvadı İradə, habelə R.Heydərov və sərnişini, Lerik şəhər sakini Səkinə Əmirova xəstəxanaya yerləşdiriliblər.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti