Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Antalya vilayətində 4.5 maqnitudalı zəlzələ baş verib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Yeraltı təkanlar qonşu vilayətlərdə də hiss olunub.
Zəlzələ yerli sakinlərin təşvişinə səbəb olub. İnsan tələfatı və dağıntı yoxdur.