...

Bakının mərkəzindəki parklardan birində quldurluq edən dəstənin üzvləri tutulub

Hadisə Materials 23 İyun 2014 12:55 (UTC +04:00)
Bakıda şəhərin mərkəzində yerləşən parkda quldurluq edən dəstənin üzvləri tutulub.
Bakının mərkəzindəki parklardan birində quldurluq edən dəstənin üzvləri tutulub

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda şəhərin mərkəzində yerləşən parkda quldurluq edən dəstənin üzvləri tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 22-i saat 19 radələrində, Təbriz küçəsində yerləşən parkda üç nəfər naməlum şəxs İmişli rayon sakini Müstəqil Həsənovu bıçaqla hədələyib mobil telefonunu əlindən alıblar.

Nərimanov Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinənlər - Naxçıvan şəhər sakini 1996-cı il təvəllüdlü Vüsal Əliyev, Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Kamil Xıdırov və Abşeron rayon sakini 1992-ci il təvəllüdlü Abdulla Orucov tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti