Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İlkin İzzət/
Siyəzən rayonunda iki məktəbli suda boğulub.
Trend Regional TV-yə istinadən xəbər verir ki, iki qardaş su kanalında çimərkən suda boğulublar.
Onlar Siyəzən rayon sakinləri 2002-ci il təvəllüdlü Zəkiyev Rəvan Seyfulla oğlu və onun qardaşı 2001-ci il təvəllüdlü Elnur olub.
Onlardan 12 yaşlı Rəvanın meyiti tapılıb. Digər azyaşlının cəsədinin tapılması istiqamətində işlər davam etdirilir.