Azərbaycan, Bakı, 6 iyul /Trend /
Siyəzən broyler fabrikində yanğın baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyin (ETSN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 5-də saat 15:00 radələrində Siyəzən rayonu ərazisindəki Siyəzən broyler fabrikinin sexlərinin birində yanğın hadisəsi baş verib.
Əsən külək yanğının daha geniş ərazilərə yayılmasına şərait yaradıb. Yaxınlıqdakı pay torpaqlarına keçən alov dəniz kənarına bitişik meşə fondu torpaqlarını da əhatə edib.
FHN-nin helikopterləri, yanğınsöndürən maşınları, o cümlədən ETSN-nin yerli qurumlarının və FHN-nin əməkdaşları, həmçinin yerli icra qurumlarının nümayəndələri birlikdə yanğını söndürməyə çalışırlar. İlkin məlumata görə, meşə fondunun 5 hektar sahəsinə ziyan dəyib.
Yanğının söndürülməsi üçün müvafiq tədbirlər davam etdirilir.