Azərbaycan, Bakı, 7 iyul /Trend/
Suraxanıda 27 yaşlı gənc su çəninə düşərək ölüb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinasən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər su çəninə düşüb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1987-ci il təvəllüdlü Pərviz İsmayıl oğlu Qasımov yaşadığı evin həyətində hündürlüyü təxminən 2 metr, içərisi su ilə dolu olan su çəninə düşüb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə P.Qasımovu su çənindən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.
İlkin müayinə nəticəsində vətəndaşın öldüyü müəyyən olunub. Əməliyyat saat 12:26-da başa çatıb.