...

Bank kartınızdan ehtiyatlı olun: kartdan pul oğurlanması müəyyən edilib

Hadisə Materials 16 İyul 2014 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İlkin İzzət/

Bakı şəhər sakininin başqasının kartından pul oğurlanması müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari ilin iyun ayının 29-da Xəzər rayonu Binə qəsəbəsində yerləşən "Kapital Bank"a məxsus bankomatdan qəsəbə sakini Əfruz Əliyevanın kartından istifadə etmək yolu ilə hesabındakı 172 manat oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Bakı şəhər sakini Qüvvət Əliyev tərəfindən törədilməsi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti