...

"Yol kabusu" bir gündə 11 can aldı

Hadisə Materials 25 İyul 2014 14:32
Ötən gün Azərbaycanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib.
"Yol kabusu" bir gündə 11 can aldı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İlkin İzzət/

Ötən gün Azərbaycanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yol qəzaları nəticəsində 11 nəfər ölüb, 3 nəfər yaralanıb.

İyulun 24-ü saat 12 radələrində Ucar rayonunun Qazıqumlaq kəndi ərazisində Ramal kənd sakini Fəxarət Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı, Cəlilabad rayon sakini Murad Muradovun idarə etdiyi "MAN TCS" markalı və Bakı şəhər sakini Aslan Abdullayevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. A.Abdullayev və sərnişini Bakı şəhər sakini Dürdanə Ağayeva ölüblər.

Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.

İyulun 24-ü saat 18 radələrində Tərtər rayonu Hüsənli kəndi ərazisində kənd sakini Məhiyəddin idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. S.Mirzəyev və sərnişini Sənani Hüseynov ölüblər.

Tərtər RPŞ tərəfindən araşdırmalar aparılır.

Həmçinin saat 19 radələrində Abşeron rayonunun ərazisində Bakı şəhər sakinləri Cəbrayıl Həsənzadənin idarə etdiyi "Mercedes" markalı, Zahid Bahadurovun idarə etdiyi "Hyundai" markalı və Salyan rayon sakini Səftər Hacıyevin idarə etdiyi "VAZ-21063" markalı avtomobillər toqquşub. Nəticədə C.Həsənzadə hadisə yerində ölüb, Z.Bahadurov xəstəxanaya yerləşdirilib.

Abşeron RPŞ tərəfindən araşdırmalar aparılır.

Ötən gün saat 19 radələrində Lənkəran rayonunun Siyavar kəndi ərazisində rayon sakini Ələddin Məmmədov idarə etdiyi "VAZ-21099" markalı avtomobili yolun kənarındakı qaz borusuna vurub. Nəticədə Ə.Məmmədov və sərnişini Rövşən Ramazanov xəstəxanaya yerləşdiriliblər. Ə.Məmmədov orada ölüb.

Lənkəran ŞRPŞ tərəfindən araşdırmalar aparılır.

İyulun 24-ü saat 23 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini İlham Nuriyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən paytaxt sakini Leyla Şükürovanı vurub. Nəticədə L.Şükürova hadisə yerində ölüb.

Sabunçu RPİ 15-ci PB tərəfindən araşdırmalar aparılır.

İyulun 24-ü saat 15 radələrində Tovuz rayonunun Böyük Qışlaq kəndi ərazisində Aşağı Öysüzlü kənd sakini Elşən Cəfərovun idarə etdiyi "VAZ-2106" markalı və Bakı şəhər sakini Şahlar Murtuzovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. Nəticədə E.Cəfərovun sərnişini Cəlil İsayev hadisə yerində ölüb.

Tovuz RPŞ tərəfindən araşdırmalar aparılır.

İyulun 24-ü saat 05 radələrində Ağdaş rayonunun ərazisində rayon sakini Loğman Osmanovun idarə etdiyi "VAZ-2101" markalı və Mingəçevir şəhər sakini Etibar Abbasovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə L.Osmanov hadisə yerində ölüb.

Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.

İyulun 24-ü saat 23 radələrində Şamaxı rayonunun Pirsaat qəsəbəsi ərazisində, "VAZ-2121" markalı avtomobillə Ağsu rayon sakini Əlikişi Kərimov vurulub. Nəticədə Ə.Kərimov hadisə yerində ölüb.

Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.

İyulun 25-i saat 01 radələrində isə Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Rasim Bəxşi idarə etdiyi "Volkswagen" markalı avtomobillə yolu keçən paytaxt sakini Vüqar Budaqovu vurub. V.Budaqov xəstəxanaya aparılarkən yolda ölüb.

Xəzər RPİ 2-ci PB tərəfindən araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti