...

Xaçmazda 8 yaşlı uşaq yelləncəyin ipinin boğazına dolaşması nəticəsində ölüb

Hadisə Materials 26 İyul 2014 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Xaçmazda azyaşlı yelləncəyin ipinin boğazına dolaşması nəticəsində ölüb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, iyulun 25-də Xaçmaz rayonunun Krasno Xutor kənd sakini, 8 yaşlı Elmir Hacıyev həyətdə yelləncəkdən yıxılıb və ipin boğazına dolaşması nəticəsində boğularaq ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti