...

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş daha bir nəfər xilas olunub

Hadisə Materials 7 Avqust 2014 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş daha bir nəfər xilas olunub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, "Pirşağı" sularda xilasetmə məntəqəsi ərazisində 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:35-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti