Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Anasını qətlə yetirən keçmiş məhkum tutulub.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 8-də İmişli rayonunun Qaralar kəndində əvvəllər məhkum olunmuş Etibar Məmmədov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində anası Gövhərə və qardaşı arvadı Tünzaləyə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
Nəticədə anası hadisə yerində ölüb, Tünzalə xəstəxanaya yerləşdirilib.
İmişli RPŞ əməkdaşları tərəfindən E.Məmmədov tutulub.