...

İranda vertolyot qəzaya uğrayıb

Hadisə Materials 14 Avqust 2014 09:19 (UTC +04:00)
İranın Hərbi Hava Qüvvələrinin vertolyotu ötən gün axşamçağı Dəyyer ( Dayyer ) limanında qəzaya uğrayıb.
İranda vertolyot qəzaya uğrayıb

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Təmkin Cəfərov/

İranın Hərbi Hava Qüvvələrinin vertolyotu ötən gün axşamçağı Dəyyer ( Dayyer ) limanında qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.
Məlumata əsasən, Əsəluyə şəhərindən Buşəhr istiqamətinə hərəkət edən vertolyot Dəyyer limanın şərqində qəzaya uğrayıb. Hadisə zamanı vertolyotda 6 sərinişin olub. Onlardan 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşidirilib, vəziyyətləri qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti