Azərbaycan, Bakı, 14 avqust /Trend/
Daha bir nəfər dənizdə batmaqdan xilas olundu.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Əməliyyat saat 19:30-da başa çatıb.