...

Göygöldə avtomobil yolun dəmir ara kəsmələrinə çırpılıb, sürücü ölüb

Hadisə Materials 24 Avqust 2014 08:47 (UTC +04:00)
Göygöldə avtomobil yolun dəmir ara kəsmələrinə çırpılıb, sürücü ölüb.
Göygöldə avtomobil yolun dəmir ara kəsmələrinə çırpılıb, sürücü ölüb

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Göygöldə avtomobil yolun dəmir ara kəsmələrinə çırpılıb, sürücü ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Göygöl rayonunda Bakı-Qazax yolunun 360-cı kilometrliyində "VAZ 2107" markalı minik avtomobili yolun dəmir ara kəsmələrinə çırpılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü 1990-cı il təvəllüdlü Nağıyev Tural Bəşir oğlu hadisə yerində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə T.Nağıyevin cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti